Muradlı və Səfərli Reykyavikdə liderlər sırasında

Xəbərlər
14 Aprel 2025 10:49
56
Muradlı və Səfərli Reykyavikdə liderlər sırasında

Azərbaycan şahmatçıları Məhəmməd Muradlı və Eltac Səfərli İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open” turnirində liderlər sırasındadırlar.

İdman.biz xəbər verir ki, 7 turdan sonra hər iki zəka sahibi 6 xal toplayıb.

Muradlı əlavə göstəricilərdə birincidir. Son turda o, Ezra Kirki (İngiltərə), Səfərli isə yerli şahmatçı Yohan Hjaptarssonu məğlub edib.

Qeyd edək ki, turnirin liderlər qrupunda 5 şahmatçı yer alır.

İdman.biz