Azərbaycan şahmatçı Məhəmməd Muradlı 6,5 xalla İslandiyanın paytaxtında keçirilən “Reykyavik Open” turnirində liderlər arasındadır.
İdman.biz xəbər verir ki, 8 turda yarım xal qazanan təmsilçimiz turnir cədvəlinin ikinci pilləsində yer alıb.
Muradlı tanınmış şahmatçı Vasili İvançukla (Ukrayna) xalları yarıya bölüb. Əvəzində tur Eltac Səfərli üçün uğursuz alınıb. O, Şanqle Luya (Çin) məğlub olub.
Qeyd edək ki, turnir cədvəlinə 7 xalla iranlı Parham Mahsudlu başçılıq edir.
İdman.biz