Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İslandiyanın paytaxtında keçirilən "Reykjavík Open" turnirində ikincidir.
İdman.biz xəbər verir ki, o, səkkizinci turda Vasil İvançukla (Ukrayna) heç-heçə edib.
Muradlı 6,5 xal toplayıb və lider Parham Maqsudludan (İran) yarım xal geri qalır.
Eltac Səfərli Şanqlei Luya (Çin) uduzaraq altı xalda qalıb və 9-cu yerdədir.
Püşkatmaya əsasən, Muradlı və Səfərli IX turda bir-biriləri ilə qarşılaşacaqlar.
İdman.biz