Məmmədyarov və Karlsen eyni turnirdə

Xəbərlər
16 Aprel 2025 11:33
183
Məmmədyarov və Karlsen eyni turnirdə

Sabah Almaniyanın Karlsrue şəhərində "Grenke Chess" festivalı başlayır.

İdman.biz xəbər verir ki, festivalın proqramına 2000-dən çox şahmatçının, o cümlədən 130 qrossmeysterin qeydiyyatdan keçdiyi "Grenke Chess Open" və "Freestyle Chess Open" yarışları daxildir.

İştirakçılar arasında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da var.

Ulduz iştirakçılar arasında həmçinin Maqnus Karlsen (Norveç), Fabiano Karuana (ABŞ), Arcun Eriqaisi (Hindistan), Yan Nepomnyaşi (Rusiya) və digərləri var.

İdman.biz