“Azərbaycan Şahmat Turu”nun tanıtım çarxı təqdim olunub - VİDEO

Xəbərlər
16 Aprel 2025 12:38
204
“Azərbaycan Şahmat Turu”nun tanıtım çarxı təqdim olunub - VİDEO

İlk dəfə olaraq bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” – (“Chess Tour Azerbaijan”) layihəsinin tanıtım çarxı təqdim olunub.

Azərbaycan Şahmat Federasiyasından İdman.biz-ə verilən məlumata görə, videoçarxda yarışların keçiriləcəyi şəhərlərdən görüntülər yer alıb.

Bu il həyata keçiriləcək layihə çərçivəsində ölkədə şahmat üzrə 8 beynəlxalq yarış təşkil olunacaq.

Şahmat turu paytaxt Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində “Sheki Open”, 26 iyun-3 iyulda “Shamakhı Open”, 6-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda isə “Ganca Open” və 19-26 noyabrda “Shirvan Open” keçiriləcək.

“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.

Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, həm də xarici iştirakçıların o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.

İdman.biz

Məqalədə: