Şəhriyar Məmmədyarovdan qələbə ilə start

Xəbərlər
18 Aprel 2025 00:41
435
Şəhriyar Məmmədyarovdan qələbə ilə start

Almaniyanın Karlsrue şəhərində "Grenke Chess" festivalı başlayıb.

İdman.biz xəbər verir ki, festivalın proqramına 2000-dən çox şahmatçının, o cümlədən 130 qrossmeysterin qeydiyyatdan keçdiyi "Grenke Chess Open" və "Freestyle Chess Open" yarışları daxildir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Freestyle Chess Open"ə uğurla start verib. O, yerli idmançı Sebastyan Laemmelə qalib gəlib.

"Grenke Chess Open"də yarışan Məhəmməd Muradlı yerli idmançı Gergeli Mannı mat edib. Eltac Səfərli isə Qabriel Fernandesdən (İsveçrə) güclü olub.

İdman.biz