Azərbaycanlı qrossmeyster Rauf Məmmədov 100 faizlik nəticə nümayiş etdirərək Almaniyada keçirilən "Grenke Chess Festival" turnirinin liderləri arasındadır.
İdman.biz xəbər verir ki, o, ilk üç turda Slovakiya, İsveç və Polşadan olan rəqiblərini məğlub edərək üç qələbə qazanıb.
Məmmədov 1-14-cü yerləri bölüşdürür və əlavə göstəricilərə görə ikincidir.
Öz növbəsində Şəhriyar Məmmədyarov üç turda 1,5 xal toplayıb və 107-ci yerdədir.
Həmçinin "Grenke Chess Open" turnirində çıxış edən Məhəmməd Muradlı və Eltac Səfərli uğurla çıxışlarını davam etdirirlər. Onlar ilk üç turda bütün rəqiblərini məğlub edərək, turnirin 51 lideri arasında yer alıblar.
İdman.biz