Dekabrın 14-də Rusiyanın paytaxtı Moskvada sürətli şahmat üzrə III beynəlxalq “Chess Stars 3.0” turniri start götürəcək.
İdman.biz xəbər verir ki, 6 günü davam edəcək yarışda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da iştirak edəcək.
Onun rəqibləri arasında vitse-dünya çempionu Sergey Karyakin, Aleksandr Qrişuk, Vladislav Artemyev, Yevgeni Tomaşevski, Ernesto İnarkiyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya) və Raunak Sadhvani (Hindistan) də olacaq.
Ümumi mükafat fondu 15 000 000 rubl (təxminən 300 000 AZN) təşkil edə turnirin təntənəli açılış mərasimi dekabrın 13-də baş tutacaq.
İdman.biz