Şahmatçılarımız FİDE-dən xəbər gözləyirlər

Xəbərlər
21 Aprel 2025 11:29
242
Şahmatçılarımız FİDE-dən xəbər gözləyirlər

FİDE şahmat üzrə Dünya kubokunun keçiriləcəyi şəhərlə bağlı susmaqda davam edir.

İdman.biz xəbər verir ki, yalnız yarışın tarixləri müəyyənləşib.

Oktyabrın 31-dən noyabrın 27-dək baş tutacaq turnirin məkanı rəsmən açıqlanmayıb.

Hindistanın Dünya kubokuna ev sahibliyi etməsi ehtimalı var, burada İddialılar Turnirində üç yer uğrunda mübarizə aparılacaq. Amma hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Qeyd edək ki, dörd Azərbaycan şahmatçısı Rauf Məmmədov, Riad Səmədov və Əhməd Əhmədzadə Avropa çempionatından Dünya kubokuna vəsiqə qazanıb. Nicat Abasov isə son dünya çempionatının yarımfinalçısı kimi bu turnirdə çıxış edəcək.

İdman.biz