Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində keçirilən “Grenke Freestyle Chess Open” turnirində 9-cu yeri tutub.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı IX turda Rixard Rapportla (Macarıstan) heç-heçə oynayıb.
Hesabında 6,5 xal olan Məmmədov əlavə göstəricilərə görə Vinsent Keymer (Almaniya), Uesli So (ABŞ), Cavohir Sindarov (Özbəkistan) və digər qrossmeysterləri qabaqlayıb.
Norveçli Maqnus Karlsen turnirin qalibi olub. Dünyanın ən güclü şahmatçısı mümkün doqquz xaldan doqquzunu toplayıb.
İdman.biz