Babazadədən Manisa turnirində uğurlu start

Xəbərlər
22 Aprel 2025 17:34
220
Babazadədən Manisa turnirində uğurlu start

Azərbaycan şahmatçıları Türkiyənin Manisa şəhərində keçirilən beynəlxalq turnirdə mübarizə aparırlar.

İdman.biz xəbər verir ki, iki turdan sonra Xəzər Babazadə 100 faizlik nəticəyə malikdir.

Beynəlxalq usta əvvəlcə Baçana Morçiaşvili (Gürcüstan), daha sonra Behzad Salimiana (İran) qalib gəlib.

Vüqar Rəsulov ilk turlarda yarım xal toplayaraq turnirə zəif başlayıb.

İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olacaq.

İdman.biz

Məqalədə: