Milli Xalça Muzeyində keçiriləcək şahmat üzrə “Çempionların savaşı” turnirinin tanıtım çarxı təqdim olunub.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparacaq.
“Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, turnir aprelin 28-30-da keçiriləcək.
İdman.biz