Azərbaycan şahmatçıları Türkiyədəki turnirdə ilk "6-lıq"da

Xəbərlər
25 Aprel 2025 13:59
197
Azərbaycan şahmatçıları Türkiyədəki turnirdə ilk "6-lıq"da

Türkiyənin Manisa şəhərində Azərbaycan şahmatçılarının da iştirakı ilə beynəlxalq turnir davam edir.

İdman.biz xəbər verir ki, altı turdan sonra onlardan ikisi ilk "altılıq"da qərarlaşıb.

Müvafiq olaraq, 4-cü və 6-cı yerləri tutan Xəzər Babazadə və Elnur Əliyev hərəyə 4 xal toplayıblar. Onlardan yarım xal geri qalan Vüqar Rəsulov isə 15-ci yerdədir.

İranlı Mehdi Qulami 5 xalla yarışın liderdir.

İdman.biz