Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda ikinci final günündə üçüncü yer uğrunda məğlub olub.
İdman.biz xəbər verir ki, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Ötən gün adıçəkilən rəqibə ciddi üstünlüklə qalib gələn Nicat cütün taleyini sabaha saxlayıb.
Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər.
Qeyd edək ki, bu gün, həmçinin, finalın ikinci oyunu baş tutub. Rameşbabu Praqqnanandha (Hindistan) 5 qat dünya çempionu Maqnus Karlsenlə (Norveç) bərabərə qalıb. İlk dueldə də qalib müəyyənləşmədiyi üçün tay-breykə ehtiyac duyulub.
Ağa Dadaşzadə
İdman.biz