FİDE və Türkiyə Şahmat Federasiyasının prezidentləri “Baku Open - 2025”in açılış mərasimində

Xəbərlər
28 Aprel 2025 10:42
232
FİDE və Türkiyə Şahmat Federasiyasının prezidentləri “Baku Open - 2025”in açılış mərasimində

Bu gün Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, “Baku Kristal Zal”ın Sərgi Mərkəzində baş tutacaq mərasim saat 14-30-da başlayacaq.

Açılış mərasimində iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib.

Qeyd edək ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edəcək. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçiriləcək.

Festival, həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.

İdman.biz