FİDE prezidenti: “Bu, Azərbaycanda şahmatın inkişafından xəbər verir”

Xəbərlər
28 Aprel 2025 15:25
252
FİDE prezidenti: “Bu, Azərbaycanda şahmatın inkişafından xəbər verir”

"Burada olmaq mənim üçün böyük qürur hissidir".

İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində deyib.

O, Azərbaycanda şahmatın inkişafından danışıb: "Bakıya ilk səfərim deyil. Qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bu gün bu yarışdakı iştirakçı sayı Azərbaycanda şahmatın inkişafından xəbər verir. Azərbaycanla Türkiyə qardaş ölkələr olduğu üçün şahmatda da bir-birinə dəstək göstərirlər. Düşünürəm ki, bu əməkdaşlıq ümumi dünya şahmatına öz töhfəsini verəcək".

Qeyd edək ki, festivalın mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.

Festival, həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə daxildir.

Aytac Sahəd
İdman.biz