Bu gün Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə start verilib.
İdman.biz xəbər verir ki, yarışın qalibləri rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Rapiddə 3 tur arxada qalıb. Kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşır. Qrossmeystimiz 2:1 hesabı ilə önə keçib.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparır. Günay hesabda 2:1 üstünlüyə yiyələnib.
Qeyd edək ki, rapiddə sabah daha 3 tur keçiriləcək. Aprelin 30-da isə 10 turdan ibarət blits turniri təşkil olunacaq.
İdman.biz