"Baku Open" davam edir - ikinci turun oyunları olacaq

Xəbərlər
29 Aprel 2025 12:19
227
"Baku Open" davam edir - ikinci turun oyunları olacaq

Bu gün “Baku Open” şahmat festivalında ikinci turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, A turnirinin mərkəzi görüşündə Azərbaycan şahmatçısı Xəzər Babazadə Avropa çempionu Aleksandar İnciç (Serbiya) ilə qarşılaşacaq.

İkinci turun ən maraqlı cütləri:

Aleksandar İnciç (Serbiya) - Xəzər Babazadə
Aydın Süleymanlı – David Axmedov (FIDE)
Q. Harşavardan (Hindistan) - Baadur Cobava (Gürcüstan)
Məhəmməd Muradlı - Rəvan Əliyev
Jinqun Ksyu (Çin) - Misrətdin İskəndərov
Murad İbrahimli – Vahap Şanal (Türkiyə)

Qeyd edək ki, "Baku Open"in mükafat fondu 55 min dollardır. Yarışda 16 ölkədən 700-ə yaxın şahmatçı çıxış edir.

İdman.biz