Bakıda "Çempionların savaşı"nda ikinci gün

Xəbərlər
29 Aprel 2025 14:35
224
Bakıda "Çempionların savaşı"nda ikinci gün

Azərbaycan Milli Xalça Muzeyində “Çempionların savaşı” şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, bu gün rapid yarışında son üç tur keçiriləcək.

Kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov Dünya kubokunun keçmiş qalibi Rüstəm Kasımcanovla (Özbəkistan), qadınlar arasında ölkə çempionu Günay Məmmədzadə isə sabiq dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə qarşılaşacaqlar.

Rapid yarışının ilk üç turundan sonra Məmmədov Kasımcanova 2:1 hesabı ilə qalib gəlir, Məmmədzadə isə eyni nəticə ilə Stefanovanı məğlub edir.

Qeyd edək ki, aprelin 30-da iştirakçılar blitsdə qüvvələrini sınayacaqlar. “Çempionların savaşı nın qalibləri blits və rapidin nəticələrinin cəminə görə müəyyənləşəcəklər.

İdman.biz