"Çempionat çox gərgin keçdi, ilk dövrlərdə hər şey qaydasında olsa da, sona yaxın yorğunluq biruzə verirdi".
İdman.biz xəbər verir ki, bu sözləri Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final mərhələsində üçüncü yer uğrunda ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olan Azərbaycan şahmatçısı Nicat Abbasov deyib.
"Olduqca möhtəşəm yarış baş tutdu, dünya kubokunun gərgin keçdiyini vurğulanmalıyam. Rəqiblər çox güclü idi, bu yerə gəlib çıxmaq heç də asan olmadı. Təəssüf ki, son oyunlarda istənilən performansı göstərə bilmədim, yorğunluq öz sözünü dedi. Amma bu yarış mənim üçün olduqca böyük təcrübə oldu. Ümid edirəm ki, növbəti yarışlarda azarkeşləri sevindirəcəm".
Ağa Dadaşzadə
İdman.biz