Qadın şahmatçılarımız Avropa çempionatının gümüş medalını qazanıblar

Xəbərlər
20 Noyabr 2023 23:42
272
Qadın şahmatçılarımız Avropa çempionatının gümüş medalını qazanıblar

Monteneqronun Budva şəhərində keçiriləcək şahmat üzrə komandalararası Avropa çempionatı bu gün başa çatıb.

İdman.biz xəbər verir ki, sonuncu - IX turda Azərbaycanın qadınlardan ibarət yığması Serbiya, kişilər İtaliya ilə üz-üzə gəliblər.

Qadın şahmatçılarımız qələbə qazanaraq Avropa çempionatını ikinci pillədə başa vurubla. Bunadək yığmanın ən yaxşı nəticəsi ikinci yer olmuşdu.

Kişi şahmatçılarımız isə son turda bir xal qazanıb. Yığma İtaliya komandası ilə heç-heçə oynayıb. Nəticədə komandamız Avropa çempionatını 9 xalla 18-ci pillədə başa vurub.

Avropa çempionatı

IX tur
Serbiya – Azərbaycan - 1:3

Teodora İnjaç – Günay Məmmədzadə - 1:0
Adela Velikiç – Ülviyyə Fətəliyeva - 0:1
Marina Qayçin – Gövhər Beydullayeva - 0:1
Tiyana Mandura – Xanım Balacayeva - 0:1

Turnir cədvəli: 1. Bolqarıstan – 16 xal, 2. Azərbaycan – 15, 3. Fransa – 12.

Azərbaycan - İtaliya - 2:2
Teymur Rəcəbov – Daniele Vokaturo - 0,5:0,5
Rauf Məmmədov – Luka Moroni - 1:0
Nicat Abasov – Françesko Sonis - 0:1
Vasif Durarbəyli – Lorenzo Lodiçi - 0,5:0,5

Turnir cədvəli: 1. Serbiya, 2. Almaniya – hər ikisi 15 xal, 3. Ermənistan – 12, … 18. Azərbaycan – 9.