Azərbaycan şahmatçısı Teymur Rəcəbov sentyabrın 5-9-da Kəlküttədə keçiriləcək "Tata Steel India" təmsilçi turnirində iştirak edəcək.
İdman.biz -in məlumatına görə, dairəvi sistem üzrə keçiriləcək yarışda on qrossmeyster iştirak edəcək. Ev sahiblərini Bakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandha, Domaraju Qukeş, Arjun Erigaisi, Vidit Qujarati və Pentala Harikrişna təmsil edəcək. Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya) və Maksim Vaşye-Laqrav (Fransa) da Kəlküttədə çıxış edəcəklər.
Turnir sürətli şahmat formatında keçiriləcək: 5-7 sentyabrda rapid, növbəti iki gündə (8-9) iştirakçılar blits oynayacaqlar.
Nicat Zəkiyev
İdman.biz