Məmmədzadə dünya çempionatında çıxış edəcək

Xəbərlər
26 Avqust 2023 13:38
131
Məmmədzadə dünya çempionatında çıxış edəcək

Bu gün Düsseldorfda rapid üzrə dünya çempionatı başlayacaq.

İdman.biz-in məlumatına görə, İsveçrə sistemi ilə 12 turda oynanacaq yarışda 37 kollektiv iştirak edəcək.

Dünya çempionatında Hindistanın Team MGD1 komandasına qoşulan Azərbaycan şahmatçısı Günay Məmmədzadə də çıxış edəcək. Onun tərkibinə doqquz oyunçu var. Birinci lövhədə Bakıda keçirilən dünya çempionatının dörddəbir finalçısı Arjun Erigaisi oynayacaq.

Dünya çempionatının reytinq favoriti keçmiş dünya çempionu Vişvanatan Anandın oynayacağı "Freedom" komandasıdır.

Nicat Zəkiyev

İdman.biz