“Tur de Frans” veloyürüşünün 14-cü mərhələsi xoşagəlməz hadisə ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, fanatlardan biri velosepidçilərın üzünə kartof fri atıb.
Danimarkalı Yonas Vinqeqor və Tadey Poqaçar bu hadisə ilə üzləşiblər. Beynəlxalq Velospidçilər Assosiasiyasının prezidenti Adam Hansen günahkarın həbs olunduğunu bildirib. Yarışın qalibi adına namizəd olan idmançıların təzyiqlə üzləşməsi telekameralar vasitəsilə qeydə alınıb.
Qeyd edək ki, iyunun 29-da start götürən “Tur de Frans”a iyulun 21-də yekun vurulacaq.
İdman.biz