Qəza keçirən gənc velosipedçi dünyasını dəyişib

Xəbərlər
27 Sentyabr 2024 19:16
245
Qəza keçirən gənc velosipedçi dünyasını dəyişib

18 yaşlı velosipedçi Muriel Furrer dünyasını dəyişib.

İdman.biz xəbər verir ki, o, dünən qəza zamanı başından ağır zədə almışdı.

Hadisə Sürixdə keçirilən gənclər arasında dünya çempionatında baş verib. Yarış zaman yıxılan Furrer ciddi kəllə-beyin zədəsi ilə xəstəxanaya çatırılmışdı. Həkimlərin səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 21-də start götürən dünya çempionatına ayın 29-da yekun vurulacaq.

İdman.biz