Avropa çempionatı seçmə mərhələsində dörd qrupun oyunları keçirilib.
İdman.biz saytı xəbər verir ki, Polşa yığmasını məğlub edən Albaniya E qrupunda liderliyi ələ keçirib.
Qələbə albanlara final mərhələsinə yüksəlmək üçün yaxşı şans yaradıb. Əvəzində 5 oyunun üçündə uduzan Polşa işini çətinə salıb.
Niderland millisi ardıcıl üçüncü qələbəsini qazanıb. Ronald Kumanın yetirmələri səfərdə İrlandiyadan güclü olublar. Qrupun digər görüşündə, gözlənildiyi kimi, Yunanıstan asanlıqla üç xalı aktivinə yazıb.
Səfərdə Litvaya qalib gələn Serbiyanın qələbəsində Mitroviçin böyük əməyi olub. Təcrübəli forvard “het-trik”lə yadda qalıb.
AVRO-2024, seçmə mərhələ
10 sentyabr
B qrupu
İrlandiya – Niderland – 1:2
Yunanıstan – Cəbəllütariq – 5:0
Fransa – 15, Niderland – 9, Yunanıstan – 9, İrlandiya – 3, Cəbəllütariq – 0 xal.
E qrupu
Farer adaları – Moldova – 0:1
Albaniya – Polşa – 2:0
Albaniya – 10, Çexiya – 8, Moldova – 8, Polşa – 6, Farer adaları – 1 xal.
G qrupu
Monteneqro – Bolqarıstan – 2:1
Litva – Serbiya – 1:3
Macarıstan – 10, Serbiya – 10, Monteneqro – 8, Bolqarıstan – 2, Litva – 2 xal.
H qrupu
Qazaxıstan – Şimali İrlandiya – 1:0
Finlandiya – Danimarka – 0:1
San-Marino – Sloveniya – 0:4
Sloveniya – 13, Danimarka – 13, Finlandiya – 12, Qazaxıstan – 12, Şimali İrlandiya – 3, San-Marino – 0 xal.
İdman.biz