Tarixdə ən gec SÜLH

Xəbərlər
17 İyun 2024 01:55
396
Tarixdə ən gec SÜLH

“Ştutqart Arena”da Sloveniya və Danimarka arasındakı 1:1-lik heç-heçə Avropa çempionatlarının final mərhələlərində ən gec gələn sülh kimi tarixə düşüb.

İdman.biz xəbər verir ki, AVRO-2024-ün ilk 5 matçı tərəflərdən birinin qələbəsi ilə başa çatıb və yalnız 6-cı oyunda komandalar xalı yarı bölüb.

Bu vaxta qədər ən gec heç-heçə AVRO-2008-də qeydə alınıb. O zaman turnirin ilk 4 oyunu tərəflərin birinin qələbəsi ilə başa çatıb, Rumıniya və Fransa arasındakı 5-ci qarşılaşma qolsuz nəticələnib.

İlk iki qitə çempionatı – AVRO-1960 və AVRO-1964-də də startdan ardıcıl 4 qələbə qeydə alınıb. Lakin həmin yarışlar cəmisi 4 oyundan ibarət idi və bu 4 matçla da hər iki çempionata yekun vurulub.

İdman.biz