Serbiya yığmasında narazılıq: Kapitan baş məşqçiyə etiraz edib

Xəbərlər
17 İyun 2024 15:31
674
Serbiya yığmasında narazılıq: Kapitan baş məşqçiyə etiraz edib

Serbiya yığmasının futbolçusu Duşan Tadiç İngiltərə ilə oyunda ehtiyatda qalmasından narazıdır.

İdman.biz xəbər verir ki, o, bununla bağlı millinin baş məşqçisi Draqan Stoykoçivlə müzakirə apardığını deyib.

Tadiç kapitan və lider kimi 90 dəqiqə oynamalı olduğunu bildirib: “Mən komandanın lideri və kapitanıyam. Baş məşqçi ilə danışığım olub. Heyətin ən yaxşı futbolçusuyam və 90 dəqiqə oynamalıyam”.

Qeyd edək ki, Tadiç İngiltərə ilə qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olub. Serbiya AVRO-2024-ün ilk oyununda 0:1 hesabı ilə uduzub.

İdman.biz