Tedeskonun ilk uğursuzluğu

Xəbərlər
17 İyun 2024 22:23
499
Tedeskonun ilk uğursuzluğu

Belçika yığması Domeniko Tedeskonun rəhbərliyi ilə ilk dəfə məğlub olub.

idman.biz xəbər verir ki, komanda AVRO-2024-ün 1-ci turunda Slovakiyaya uduzub.

“Qırmızı iblislər” bundan əvvəl 35 yaşlı mütəxəssisin rəhbərliyi ilə 14 oyunun 10-da qələbə qazanmışdılar. O, 2023-cü ilin fevralından Belçika millisə başçılıq edir.

Qeyd edək ki, Tedeskonun komandası növbəti oyunda Rumıniya (22 iyun) ilə qarşılaşacaq.

İdman.biz