Çexiyalı müdafiəçidən Portuqaliyaya "hədiyyə" - VİDEO

Xəbərlər
19 İyun 2024 00:53
785
Çexiyalı müdafiəçidən Portuqaliyaya "hədiyyə" - VİDEO

Bu gün AVRO-2024-ün qrup mərhələsində I tura yekun vurulub.

İdman.biz xəbər verir ki, günün son matçı F qrupunda baş tutub.

Portuqaliya millisi Çexiyanı sınağa çəkib. Kriştiano Ronaldo və komandası çətin qələbə qazanıb. 62-ci dəqiqədə hesabı açan çexlərə müdafiəçi Robin Hranaç sevinməyə mane olub. Əvvəlcə o avtoqola imza atıb. 90+2-ci dəqiqədə isə adi vəziyyətdə topu rəqib futbolçuya hədiyyə edərək, Çexiya yığmasını xalsız qoyub.

Qeyd edək ki, II tura sabah start veriləcək.

AVRO-2024
Qrup mərhələsi, I tur
18 iyun, F qrupu
23:00. Portuqaliya - Çexiya - 2:1
Qollar:
Robin Hranaç, 69 (öz qapısına). Fransisko Konseysao, 90+2 - Lukaş Provod, 62
Baş hakim: Marko Quida (İtaliya)
Leypsiqştadion

İdman.biz

Məqalədə: