AVRO-2024-də turun komandası: Arda Gülər “11-lik”də

Xəbərlər
19 İyun 2024 09:37
588
AVRO-2024-də turun komandası: Arda Gülər “11-lik”də

AVRO-2024-ün qrup mərhələsinin I turunun rəmzi komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, beş gün davam edən turun "11-liy"ində 8 komandanın futbolçuları yer alıblar.

Niderland, Fransa və İspaniyanın iki üzvü heyətə daxil edilib. Türkiyə millisinin gənc üzvü Arda Gülər də rəmzi komandada yer alıb.

Qapıçı: Bart Verbryuqqen (Niderland);

Müdafiəçilər: Daniel Karvaxal (İspaniya), David Hanko (Slovakiya), Alessandro Bastoni (İtaliya), Teo Ernandes (Fransa);

Yarımmüdafiəçilər: Fabian Ruis (İspaniya), Nqolo Kante (Fransa), Dennis Man (Rumıniya);

Hücumçular: Arda Gülər (Türkiyə), Camal Musiala (Almaniya), Kodi Qakpo (Niderland).

İdman.biz

Məqalədə: