Serbiya AVRO-2024-də çıxışını dayandıra bilər

Xəbərlər
20 İyun 2024 15:40
438
Serbiya AVRO-2024-də çıxışını dayandıra bilər

Serbiya millisi AVRO-2024-də çıxışını dayandıra bilər.

İdman.biz xəbər verir ki, bunu Serbiya Futbol İttifaqının baş katibi Yovan Şurbatoviç açıqlayıb.

O bildirib ki, əgər UEFA Xorvatiya - Albaniya oyununda (2:2) baş verənlərlə bağlı sərt sanksiyalar tətbiq etməsə, komandası turniri yarımçıq tərk edəcək: “Baş verənlər qalmaqaldır. Serbiya Futbol İttifaqı UEFA-dan ən sərt sanksiyaların tətbiqini tələb edəcək. Əks halda isə biz Avropa çempionatında çıxışımızı dayandıracağıq. Biz bunun bir daha təkrarlanmasını istəmirik”.

Qeyd edək ki, Xorvatiya - Albaniya oyununda hər iki komandanın azarkeşləri “Serbi öldür” şüarını səsləndiriblər.

İdman.biz

Məqalədə: