Yoviç: “Ədalətsiz nəticə oldu”

Xəbərlər
20 İyun 2024 20:11
165
Yoviç: “Ədalətsiz nəticə oldu”

AVRO-2024-də Serbiya yığması ilk xalını qazanıb.

İdman.biz xəbər verir ki, komandanı məğlubiyyətdən son saniyədə Luka Yoviç xilas edib.

O, Sloveniya ilə oyunun 90+5-ci dəqiqəsində başı ilə topu qapıdan keçirib. Yoviç nəticənin ədalətsiz olduğunu bildirib: "Belə qol vurmaq gözəldir, amma mən onu qələbəyə dəyişərdim. Bir xal qazandığımız üçün şadam. İndi başımız dik tutub, Danimarka ilə oyuna hazırlaşa bilərik. Sloveniya yaxşı komandadır. Bizə onlarla mübarizə aparmaq çətin idi, amma nəticə çox ədalətsiz oldu".

Qeyd edək ki, Sloveniya – Serbiya matçı 1:1 hesabı ilə yekunlaşıb.

İdman.biz