Ronaldo və komandasının yolu ilə

Xəbərlər
26 İyun 2024 09:40
125
Ronaldo və komandasının yolu ilə

AVRO-2024 nadir hadisə ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, Danimarka və Sloveniya qrup mərhələsində üç heç-heçə ilə 1/8 finala yüksəlib.

Bunadək yalnız bir dəfə eyni komanda qrupda qələbə və məğlubiyyət görmədən mərhələ adlayıb. Belə hadisə Fransada keçirilən AVRO-2016-da yaşanıb.

Həmin vaxt Portuqaliya qrupdan üç sülhlə çıxıb. 8 il əvvəl Kriştiano Ronaldo və komandası sonda qitə çempionu adını qazanıb.

Qeyd edək ki, Sloveniya və Danimarkanın yer aldığı qrupun 6 oyunundan beşində bərabərlik qeydə alınıb.

İdman.biz

Məqalədə: