Şahin Diniyev: “Türkiyə məğlub olarsa...”

Təxminlər
26 İyun 2024 15:40
525
Şahin Diniyev: “Türkiyə məğlub olarsa...”

“Bu gün E qrupunda bizi çox maraqlı oyunlar gözləyir”.

Bunu İdman.bizə “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

O, bu gün AVRO-2024-də baş tutacaq 4 oyunu şərh edib.

Təcrübəli mütəxəssis bildirib ki, E qrupunda Slovakiya – Rumıniya və Ukrayna - Belçika oyunları son dərəcədə gərgin keçəcək: “Çünki bu komandanın hər birinin 3 xalı var. Çox maraqlı bir stiuasiya yaranıb. Fikrimcə, Ukraynanın vəziyyəti bir az pisdir. Top fərqi mənfidir. Bu səbəbdən işləri asan olmayacaq. Hər iki qarşılaşma barədə də proqnoz vermək çətindir. Son saniyəyədək mübarizə aparacaqları sözsüzdür. Heç kim məğlub olmaq istəməyəcək. Oyunlar heç-heçə də bitsə, çox maraqlı olacaq. Dörd xalla axrıncı yeri tutan qrupda qalacaq”.

Onun sözlərinə görə, F qrupunda baş tutacaq Gürcüstan - Portuqaliya matçında ikincilər asan qələbə qazanacaq: “Ronaldonun komandası artıq növbəti mərhələni təmin edib. Ola bilər ki bugünkü matça əsas heyətlə çıxmasınlar, amma yenə də şansları böyükdür. Düşünürəm ki, Portuqaliya asanlıqla qalib gələcək”.

Diniyev bildirib ki, eyni qrupda oynanılacaq Çexiya - Türkiyə qarşılaşması qrupun taleyini həll edəcək: “Çexlər mütləq udmalıdır. Burada da bir qərəzlilik yaranır ki, onlar uduzarlarsa, 1 xalla 3-cü yerlə mərhələ adlamaq şansı da olmayacaq. Ancaq Türkiyə məğlub olarsa, 3-cü pillədə qərarlaşa bilər. Düzdür, “ay-ulduzlular” istədiyimiz kimi deyil, “axsayırlar”. Amma yenə də qardaş ölkəyə bugünkü matçda uğurlar arzulayıram”.

Qeyd edək ki, bugünkü qarşılaşmalar saat 20:00 və 23:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz