Foden İngiltərə yığmasını tərk edib

Xəbərlər
26 İyun 2024 18:52
130
Foden İngiltərə yığmasını tərk edib

AVRO-2024-də Fil Foden İngiltərə yığmasının düşərgəsini tərk edib.

İdman.biz xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

İngiltərə Futbol Federasiyası da bu xəbəri təsdiqləyib. Məlumatda Fodenin ailə məsələləri ilə bağlı ölkəyə döndüyü bildirilib.

Qeyd edək ki, qrup mərhələsini lider bitirən ingilislər 1/8 finala yüksəliblər.

İdman.biz