AVRO-2024-də ən böyük problem – AĞCAQANADLAR

Xəbərlər
27 İyun 2024 12:45
473
AVRO-2024-də ən böyük problem – AĞCAQANADLAR

Almaniya millisi AVRO-2024-də gözlənilməz problemlə üzləşib.

İdman.biz xəbər verir ki, Bundestimin təlim düşərgəsi davamlı olaraq ağcaqanadların hücumuna məruz qalır.

Dəyəri 1 milyard avrodan yuxarı olan Herzoqenaurax məşq bazasında məşq keçən Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann problemlə bağlı fikirlərini açıqlayıb: "Bizdə anormal ağcaqanad bəlası var. Bizi xilas edən yeganə şey güclü küləkdir. Yalnız o zaman ağcaqanadlar azalır".

Qeyd edək ki, Almaniya Avropa çempionatının 1/8 final mərhələsində Danimarka ilə qarşılaşacaq. Oyun iyunun 29-da baş tutacaq.

İdman.biz

Məqalədə: