Son çempiondan vida, İsveçrə 1/4 finalda - VİDEO

Xəbərlər
29 İyun 2024 21:52
378
Son çempiondan vida, İsveçrə 1/4 finalda - VİDEO

Bu gün AVRO-2024-də pley-off mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, 1/8 finalın ilk günündə iki matç keçirilib.

Mərhələinin ilk qarşılaşmasında Berlində son çempion İtaliya İsveçrəni sınağa çəkib. Qrup mərhələsini məğlubiyyətsiz başa vuran "saatlar ölkəsi" təmsilçiləri seriyanı davam etdiriblər. Hər hissədə İtaliyanın qapısına 1 qol vuran İsveçrə 1/4 finala vəsiqə qazanıb. Avropa çempionu isə turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir matçı baş tutacaq. Almaniya Danimarka ilə üz-üzə gələcək.

AVRO-2024
1/8 final
29 iyun
20:00. İsveçrə - İtaliya - 2:0
Qollar:
Remo Freuler, 37. Ruben Varqas, 46
Baş hakim: Şimon Marçinyak (Polşa)
Berlin Olimpiya Stadionu

İdman.biz

Məqalədə: