Gürcüstan sürprizi başa çatıb, İspaniya 1/4 finalda - VİDEO

Xəbərlər
1 İyul 2024 00:51
389
Gürcüstan sürprizi başa çatıb, İspaniya 1/4 finalda - VİDEO

Almaniyada keçirilən AVRO-2024 davam edir.

İdman.biz xəbər verir ki, bu gün 1/4 finalın daha bir iştirakçısı bəlli olub.

Kölndə baş tutacaq 1/8 final matçında İspaniya ilə Gürcüstan qarşılaşıb. Hesabı gürcülər açsalar da, sonradan öz qapılarından 4 top buraxıblar. "Qırmızı furiya" 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/8 final mərhələsi iyulun 2-də başa çatacaq.

AVRO-2024
1/8 final
30 iyun
23:00. İspaniya – Gürcüstan - 4:1
Qollar:
Rodri, 39. Fabian Ruis, 51. Niko Uilyams, 75. Dani Olmo, 83 - Robin Le Norman, 18 (öz qapısına)
Baş hakim: Fransua Leteksye (Fransa)
Köln Ştadium

İdman.biz