Arda Gülər Ronaldonu qabaqlayıb

Xəbərlər
29 İyun 2024 10:28
323
Arda Gülər Ronaldonu qabaqlayıb

Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər AVRO-2024 başladıqdan sonra sosial mediada ən çox izləyici qazanan futbolçu adına yiyələnib.

İdman.biz xəbər verir ki, bununla bağlı İspaniya mətbuatı məlumat yayıb.

Araşdırmaya əsasən, Avropa çempionatının startından qrup mərhələsinin son oyunlarına qədər 19 yaşlı futbolçu 1 milyon 93 min 669 yeni izləyici qazanıb. Kriştiano Ronaldoda isə bu göstərici 996 min 661 nəfərdir.

Qeyd edək ki, Türkiyə millisi 1/8 finalda Avstrya ilə, Portuqaliya isə Sloveniya ilə üz-üzə gələcək.

İdman.biz

Məqalədə: