Portuqaliya - Sloveniya: RƏQABƏT TARİXİ

Xəbərlər
1 İyul 2024 16:48
607
Portuqaliya - Sloveniya: RƏQABƏT TARİXİ

Bu gün Frankfurtda AVRO-2024-ün pley-offunda Portuqaliya və Sloveniya milliləri qarşılaşacaqlar.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

Hazırkı çempionatın 1/8 cütlükləri arasında Portuqaliya və Sloveniya bir-birinə ən yad komandalardır. Onların indiyədək cəmisi 1 qarşılaşması olub. Bu görüş də yoldaşlıq oyunu olub. Matç bu il martın 26-da təşkil olunub. Lyublyanada keçirilən oyunun 72-ci və 80-ci dəqiqələrində vurulan qollarla sloveniyalılar qalib gəliblər.
Hazırkı qarşılaşmada favorit sayılan Portuqaliya indi bu rəqabətdəki geriliyini aradan qaldırmağa çalışacaq.

Qeyd edək ki, bu gün oyun saat 23:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: