Fransa – Belçika matçında REKORD və ANTİREKORD

Xəbərlər
2 İyul 2024 10:09
416
Fransa – Belçika matçında REKORD və ANTİREKORD

AVRO-2024-ün 1/8 final mərhələsinin Fransa – Belçika matçı statistik məqamlarla yadda qalıb.

İdman.biz xəbər verir ki, İFFHS bu oyunla bağlı hesabat hazırlayıb.

Belçika millisinin tarixində ən çox oyun keçirən Yan Vertongen 157-ci, böyük ehtimalla sonuncu matçında ilk avtoqoluna üzülüb.

37 yaş 68 günlük Vertongen Avropa çempionatları tarixində ən yaşlı avtoqol müəllifi olub.

Vertongen Avropa çempionatlarında avtoqola üzülən ilk belçikalıdır.

Fransa Avropa çempionatlarında son üç qələbəsini avtoqolla qazanıb. AVRO-2024-də Avstriya, AVRO-2020-də Almaniya üzərində 1:0 hesablı qələbələr əldə olunub. Fransalılar öz qolları ilə sonuncu dəfə AVRO-2016-da Almaniyanı 2:0 hesabı ilə məğlub edib.

Fransa Avropa çempionatlarında 5-ci dəfə rəqib avtoqoluna sevinib ki, bu, rekord göstəricidir. “Üçrənglilər” dünya çempionatlarında da rəqiblərin 6 avtoqolu ilə rekordçudur.

Fransa 47 zərbə endirsə də, öz futbolçuları oyundan qol vurmayıb.

AVRO-2024-də 10 avtoqol qeydə alınıb. Bu, AVRO-2020-də yaşanan rekordun təkrarıdır. Əvvəlki 15 yarışda isə cəmi 12 belə hadisə yaşanıb.

Fransa final mərhələlərində Belçikaya qarşı 5 matçın hamısında qalib gəlib: DÇ-1938-də 3:1, AVRO-1984-də 5:0, DÇ-1986-da 4:2, DÇ-2018-də 1:0.

DÇ-1982-nin 1981-ci ildəki seçmə oyununda qeydə alınan 2:0 hesablı qələbədən sonra Belçika Fransa ilə rəsmi matçlarda qalib gəlməyib.

Nqolo Kante Avropa çempionatlarında 12 məğlubiyyətsiz oyun keçirməklə rekord vurub. O, Xavini (11) arxada qoyub.

Kante həm də final mərhələlərində ardıcıl 19 oyunda məğlubiyyət üzüntüsü yaşamamaqla Avropa rekordçusudur.

Qeyd edək ki, Fransa Belçikaya 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: