Niderland 1/4 finalda - VİDEO

Xəbərlər
2 İyul 2024 21:53
157
Niderland 1/4 finalda - VİDEO

AVRO-2024-ün 1/8 final mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, pley-offun 4-cü günü Münhendə start götürüb.

Rumıniya Niderland yığması ilə görüşüb. Birinci hissədə hesabı açan Niderland futbolçuları üstünlüyü sonadək qoruyublar. Fasilədən sonra daha 2 qol vuran komanda 1/4 finala vəsiqə qazanıb. Komandanın heyətində Qapko və Malen (2) fərqləniblər.

Qeyd edək ki, 1/8 finala bu gün baş tutacaq Avstriya – Türkiyə qarşılaşması ilə yekun vurulacaq.

AVRO-2024
1/8 final
2 iyul
20:00. Rumıniya – Niderland - 0:3
Qollar:
Kodi Qapko, 20. Donuel Malen, 83; 90+3
Baş hakim: Feliks Zvayer (Almaniya)
Münhen Arena

İdman.biz

Məqalədə: