Portuqaliya – Sloveniya matçının hesabatı

Xəbərlər
2 İyul 2024 11:57
302
Portuqaliya – Sloveniya matçının hesabatı

AVRO-2024-ün 1/8 final mərhələsinin Portuqaliya – Sloveniya oyunu statistik məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS matçla bağlı hesabat hazırlayıb.

41 yaş 126 günlüyündə meydana çıxan Pepe final mərhələlərinin pley-offunda meydana çıxan ən yaşlı oyunçu olub. O, Piter Şiltonun rekordunu qırıb.

Kriştiano Ronaldo final mərhələlərindəki son 8 oyunda (DÇ-2022-də dörd, AVRO-2024-də dörd) qol vurmayıb.

Ronaldo AVRO-2024-də hamıdan çox – 20 zərbə endirib. Kilian Mbappe və Kay Havertsdə bu rəqəm 15-dir.

Ronaldo çərçivəyə hamıdan çox - 9 zərbə endirib.

Avropa çempionatları tarixində yalnız dörd futbolçu daha çox zərbə endirdiyi final mərhələsini qolsuz başa vurub. Deku AVRO-2004-də 24, Fernando Yerro AVRO-1996-da 23, Kevin de Bruyne AVRO-2016-da 21, Danni Olmo AVRO-2020-də 21 zərbə endirsə də, qola sevinməyib.

Ronaldo Avropa çempionatlarında 2 penalti qaçıran ilk futbolçu olub. O, AVRO-2016-da Avstriyaya da qol vura bilməyib.

Ronaldo final mərhələlərindəki 9 penaltidən 3-nü qaçırıb. Onun final mərhələlərindəki göstəricisi 67 faiz, karyerasındakı isə 85 faizdir.

Ronaldonun vurduğu penalti Avropa çempionatlarında təyin edilən 100-cü belə zərbədir. Onlardan 69-u qolla nəticələnib.

Bu, əlavə vaxtda qaçırılan ikinci penaltidir. AVRO-2020-də Harri Keyn Danimarkanın qapısına yol tapmayıb.

Portuqaliyanın Avropa çempionatlarının pley-offundakı 16 matçından 8-də əlavə vaxt oynanılıb.

Dioqo Koşta Avropa çempionatları tarixində penaltilər seriyasında 3 zərbə dəf edən və qol buraxmayan ilk qapıçıdır.

Bu, Avropa çempionatları tarixində ən qısa penaltilər seriyasıdır. Seriya cəmi 6 zərbədən ibarət olub. Əvvəlki rekord AVRO-2008-in Türkiyə - Xorvatiya matçına məxsus idi. 7 penaltidən sonra hesab 3:1 olub.

Sloveniya Avropa çempionatlarında penaltilər seriyasında qol vurmayan ilk komanda olub.

Sloveniya dünya və Avropa çempionatlarının final mərhələsini 4 oyunda 4 heç-heçə ilə başa vuran ilk komanda kimi tarixə düşüb.

Sloveniya Avropa çempionatlarının final mərhələsində qələbəsi olmayan və ən çox matç keçirən yığmadır: 6 heç-heçə və 1 məğlubiyyət.

Qeyd edək ki, Portuqaliya qolsuz bitən matçın penaltilər seriyasında 3:0 hesablı qələbə qazanıb.

İdman.biz

Məqalədə: