Avstriya - Türkiyə: RƏQABƏT TARİXİ

Xəbərlər
2 İyul 2024 14:55
173
Avstriya - Türkiyə: RƏQABƏT TARİXİ

Bu gün Leypsiqdə AVRO-2024-ün son 1/8 final qarşılaşmasında Avstriya və Türkiyə milliləri üz-üzə gələcəklər.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

İndiyədək bu komandalar arasında 17 oyun keçirilib. Bu görüşlərdə avstriyalılar 9, türklər 7 qələbə qazanıblar. Top fərqi də birincilərin xeyrinədir - 24-23.

Komandaların rəqabət tarixi 1948-ci ildə Avstriyanın 1:0 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündən başlayır. İlk 6 görüşün hamısında uduzan Türkiyə yığması 1983-ci ildən sonrakı oyunlarda daha üstün olub.

Komandalar böyük turnirlərin final mərhələsində qarşılaşmayıblar. AVRO-1984-ün və AVRO-2012-nin 4 seçmə matçında türklər 2, avstriyalılar 1 qələbə qazanıblar. Top fərqi bərabərdir - 5-5.

Dünya çempionatlarının seçmələrində 6 görüşdə komandalar hərəyə 3 qələbə qazansalar da, top fərqində Türkiyənin böyük üstünlüyü var - 11-5.

7 yoldaşlıq görüşündə Avstriyanın üstünlüyü qələbə sayında 5-in 2-yə, top fərqində 14-ün 7-yədir.

Komandaların son qarşılaşması bu il martın 26-da olub. Yoldaşlıq matçında Avstriya 6:1 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, bu gün oyun saat 23:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: