Niderlandlı hücumçudan tarixin 4-cü dublu

Xəbərlər
2 İyul 2024 23:24
399
Niderlandlı hücumçudan tarixin 4-cü dublu

Niderlandlı hücumçu Avropa çempionatları tarixində sonradan meydana çıxb dubl edən 4-cü futbolçu olub.

İdman.biz xəbər ki, Doniel Malen 1/8 finalda Rumıniya ilə görüşdə bu nailiyyətə imza atıb.

Fasilədən sonra meydana daxil olan 25 yaşlı forvard 83-cü və 90-3-cü dəqiqələrdə fərqlənib. Malen almaniyalılar Diter Müller (1976) və Oliver Birhoff (1996), eləcə də serbiyalı Savo Miloşeviçin uğurunu təkrarlayıb.

Qeyd edək ki, Rumıniyaya 3:0 hesabı ilə qalib gələn Niderland 1/4 finalda Avstriya – Türkiyə cütünün qalibi ilə qarşılaşacaq.

İdman.biz