19 türk azarkeşi saxlanıb, 1 polis yaralanıb

Xəbərlər
3 İyul 2024 18:25
205
19 türk azarkeşi saxlanıb, 1 polis yaralanıb

AVRO-2024-də Avstriya – Türkiyə matçından sonra polislə azarkeşlər arasında gərginlik yaşanıb.

İdman.biz xəbər verir ki, Türkiyə millisinin 19 azarkeşi saxlanılıb.

Hadisə Helzinkirhen şəhərində yaşanıb. Türkiyəli fanatlar Avstriya komandası üzərində 2:1 hesablı qələbəni şəhərin küçələrində qeyd edərkən 1 polis yaralınıb. Azarkeşlər müxtəlif fişənglərdən istifadə ediblər.

Qeyd edək ki, “ay-ulduzlular” 1/4 finalda Niderlandla qarşılaşacaqlar.

İdman.biz