AVRO-2024: Aslan Kərimovun 1/4 final PROQNOZU - VİDEO

Xəbərlər
3 İyul 2024 19:02
1 709
AVRO-2024: Aslan Kərimovun 1/4 final PROQNOZU - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov AVRO-2024-də yarımfinala yüksələ biləcək komandaların adlarını açıqlayıb.

“İdman Bizdə”nin qonağı olan 51 yaşlı mütəxəssis 1/4 finalda Almaniya - İspaniya cütündə pirineylilərin şanslı olduğunu düşünür.

O, Fransanın Portuqaliya ilə matçın favoriti olduğunu da bildirib. Kərimov İngiltərənin İsveçrəni, Niderlandın isə Türkiyəni keçəcəyini də deyib.

Qeyd edək ki, 1/4 final mərhələsinə iyulun 5-də Almaniya – İspaniya matçı ilə start veriləcək.

Emin Ağa
İdman.biz