Aslan Kərimov onları bir addım öndə görür - VİDEO

Xəbərlər
3 İyul 2024 22:23
382
Aslan Kərimov onları bir addım öndə görür - VİDEO

“Fransanın hücum potensialı yüksəkdir”.

Bunu “İdman Bizdə”nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

51 yaşlı mütəxəssis AVRO-2024-də çempionluq şansı yüksək olan komandanın adını açıqlayıb. O bildirib ki, Fransa millisi digərlərindən 1 addım öndədir: “Meydanın mərkəzində Kante kimi “qara fəhlə” işini görə bilən futbolçusu var. Müdafiə xəttində balanslı sürətli oyunçuları var. Bu komandada bütün mövqelər yaxşıdır. Hücumda da Kilian Mbappedən hər şey gözləmək olar. Onun bu mərhələyə qədər oyununun alınmamasının səbəbi rəqiblərin qapanmasıdır. Bütün bunları nəzərə alsaq, Fransanın çempion olmaq şansı digərlərinə nisbətən daha çoxdur. Amma 1 səhv bütün matçın məcrasını dəyişə bilir”.

Qeyd edək ki, Fransa 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq. Matç iyulun 5-də keçiriləcək.

Emin Ağa
İdman.biz