İspaniya ilk yarımfinalçı olub - VİDEO

Xəbərlər
5 İyul 2024 22:37
322
İspaniya ilk yarımfinalçı olub - VİDEO

Bu gün Almaniyada keçirilən AVRO-2024-ün 1/4 final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, bu raundun ilk görüşü Ştutqartda keçirilib.

Turnirdə ən yaxşı oyun göstərən komanda kimi diqqət çəkən Almaniya və İspaniya üz-üzə gəlib. Çempionluğa əsas namizəd hesab olunan yığmaların duelində qalib əlavə vaxtda müəyyənləşib. İspanlar hesabı açsalar da, almanlar sona 1 dəqiqə qalmış bərabərlik topunu vurublar. Əlavə vaxtda isə İspaniya qələbə qolunu vurub. 119-cu dəqiqədə Merino komandasını yarımfinala yüksəldən qolun müəllifi olub.

Qeyd edək ki, bu gün 1/4 finalın daha bir oyunu keçiriləcək. Portuqaliya Fransa ilə üz-üzə gələcək.

AVRO-2024
1/4 final
5 iyul
20:00. İspaniya – Almaniya - 2:1, 1:1 (əlavə vaxtda)
Qollar:
Dani Olmo, 51. Mikel Merino, 119 - Florian Virts, 89
Baş hakim: Entoni Teylor (İngiltərə)
Ştutqart Arena

İdman.biz

Məqalədə: